"Xarici və daxili" siyasət mövzusunda videodərs

Azərbaycan Respublikası Təhsil Nazirinin 16.11.2020-

ci il tarixli əmrini rəhbər tutaraq "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin 2020/202-ci il tədris ili üçün Fəaliyyət Planına uyğun olaraq, 09.12.2020-ci il tarixində məktəbin tarix müəllimi Şəlalə Nəcəfova 7a sinfində "Azərbaycan Respublikasının Prezidenti  Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti" mövzusunda videodərs keçirib. Müəllim əvvəlcə İlham Əliyevin 2003- cü ildən bu vaxta qədərki fəaliyyəti, qaçqınların, köçkünlərin, müharibə veteranlarının, əlillərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş sosial layihələr, keçirdiyi vacib görüşlər, imzaladığı böyük layihələr haqqında şagirdləri məlumatlandırıb. Prezidentimizin "Dağlıq Qarabağ" münaqişəsini daim sülh yolu ilə həll etmək tərəfdarı olması və bunun üçün çoxsaylı görüşlər keçirməsi, lakin lazım gələrsə hərb yolu ilə də torpaqlarımızı geri almaq iqtidarında olduğumuzu vurğulaması şagirdlərin nəzərinə çatdırılmışdır. Eyni zamanda onun "Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var!"  deməsinin də əbəs yerə olmaması, fəaliyyəti dövründə daim hərbi xərclərə büdcədən daha çox vəsait ayıraraq güclü ordu yaratması və nəhayət düşmənin dəfələrlə təkrarlanan təxribatına qarşı xalqımızın "44 günlük Vətən müharibəsində" nə qədər səriştəli lider, bacarıqlı Ali Baş Komandan olması şagirdlərə çatdırılıb. Slaydlarda həm də Prezidentimizin Rusiya və   Türkiyə nümayəndə heyətləri ilə müharibə dövründə apardığı görüşlər, erməni Liderinin  beynəlxalq görüşdə necə biabır olduğu , Prezidentimiz tərəfindən necə fakt qarşısında qaldığı nümayiş etdirildi. Sonda Prezidentimizin xalqımızın hər bir nümayəndəsinə qürurverici "Qələbə çıxışıə" şagirdlərdə də ona qarşı olan sevgi və hörmət hissini bir qədər də yüksəltdi .
Var olsun Ali Baş Komandanımız, onun ətrafında birləşən müzəffər ordumuz və məğrur xalqımız !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi