Sinif saatı
"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən, 04.12.2020 tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim) sinif rəhbəri olduğu 7a sinfində "44 günlük müharibə...Hörmət və ehtiramla anırıq!" mövzusunda sinif saatı keçirib. Müəllim "Vətən müharibəsi" adlandırdığımız bu müqəddəs müharibədə prezident-xalq-ordu birliyindən, məhz bu birlikdən güc alan Azərbaycan ordusunun yenilməzliyindən danışıb, torpaqlarımızın azad olunması ilə tarixi ədaləti bərpa etdiyimizi vurğulayıb. Şagirdlər Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərmiş qazi və şəhidlərimizdən ehtiramla söz açıblar.