Onlayn iclas
Noyabrın 30-da Pedaqoji Şuranın növbəti onlayn iclası keçirilib. İclasda məktəbin direktoru Könül Məmmədli pedaqoji kollektivi Azərbaycan Respublikası Təhsil nazirinin Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında "Fəaliyyət Planının təsdiqi barədə" 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmrlərin mahiyyəti və müəyyən edilmiş tədbirlərin icra istiqamətləri barədə məlumatlandırılıb. Müəllimlərin məsələ ilə bağlı rəy və təklifləri dinlənilib. Daha sonra distant təhsilin təşkili ilə bağlı müzakirələr aparılıb.