2020-2021-ci tədris ili üzrə ilk virtual iclas
Sentyabrın 14-də Pedaqoji şuranın 2020-2021-ci tədris ili üzrə ilk iclası virtiual şəkildə keçirilib. İclasda yeni tədris ilində qarşıda duran məqsəd və vəzifələr müzakirə edilib. Azərbaycan Respublikası Nazirlər Kabinətinin "Xüsusi qarantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim prosesinin təşkili barədə" qərarı və Azərbaycan Respublikası təhsil nazirinin " 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə" əmrindən irəli gələn tələblər pedaqoji kollektivin nəzərinə çatdırılıb. Ötən tədris ilində, xüsusilə də pandemiya şəraitində səmərəli fəaliyyəti ilə fərqlənən müəllimlər məktəb rəhbərliyi tərəfindən təşəkkürnaməyə layiq görülüb. Sonda məktəbin direktoru Könül Məmmədli yeni dərs ilində hər kəsə uğurlar arzulayıb.