Peşə təmayüllü sinfə şagird qəbulu
25-27 avqust tarixində məktəbin peşə təmayüllü 10-cu sinfində şagird qəbulu ilə bağlı onlayn müsahibələr təşkil olunub. Müsahibələrdə məktəbin direktoru Könül Məmmədli, peşə təmayüllü sinfin qrup rəhbəri Rəşad Rəhimov, məktəbin psixoloqu və qrup rəhbərinin köməkçisi Samirə Əlişayeva iştirak ediblər. Seçim zamanı şagirdlərin meyil və maraqları, buraxılış imtahanında topladığı ballar nəzərə alınıb.
Məlumat üçün qeyd edək ki, artıq 2 ildir ki, məktəbimizidə peşə təmayüllü sinif layihəsi həyata keçirilir. Məktəbimiz Bakı şəhəri üzrə bu layihənin icra olunduğu 5 məktəbdən biridir. Bu tədris ilində layihəyə maraq göstərən şagirdlər çox olduğu üçün qəbul prosesi məktəbdaxili müsahibə əsasında təşkil olunub