Rəqəmsal bacarıqlar layihəsi üzrə illik tədbir
İyulun 10-da Virtual Məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə 2019-2020-ci tədris ilinin yekunlarına əsasən illik tədbir keçirilib. Tədbirdə 2919-2020-ci tədris ili ərzində həyata keçirilən fəaliyyətlər haqqında məlumat verilib, layihənin icra olunduğu məktəblər üzrə müəllimlərin və şagirdlərin inkişafı və layihə çərçivəsində göstərdikləri qiymətləndirmə nəticələri elan olunub. Qeyd edək ki, məktəbimizdə bu layihəni həyata keçirən müəllimlərin hər biri Əliyeva Nüşabə, Əliyeva Nigar, Məhərrəmova Cəlalə və Abdullayeva Məlahət yekun qiymətləndirmədə yüksək nəticə göstəriblər. Yekun tədbirdə Əliyeva Nüşabə və Məhərrəmova Cəlalə təşəkkürnaməyə layiq görülüb.