Onlayn yarışma keçirilib
Aprelin 30-da məktəbin direktoru Könül Məmmədlinin təşəbbüsü ilə şagirdlər arasında onlayn "Nə? Harada? Nə zaman?" oyunu keçirilib. Şagirdlərin dünyagörüşünün artması, intellektual səviyyəsinin yüksəldilməsi,asudə vaxtın səmərəli təşkil olunması məqsədilə keçirilən yarışda 8-10-cu sinif şagirdləri iştirak edib. Rəşad Rəhimovun aparıcılığı ilə təşkil olunmuş oyunu məktəbin direktoru Könül Məmmədli də izləyib. 4 mərhələdən sonra 1-ci yerə 10a sinif şagirdi Paşayev Həmid, 2-ci yerə 10a sinif şagirdi Həsənli Vəli, 3-cü yerə 9b sinif şagirdi Məlikov Əkrəm layiq görülüb.