9 - cu siniflərin birinci mərhələsinin nəticələri ilə bağlı iclas
Aprelin 29-da məktəbin direktoru Könül Məmmədli həm metodiki şuranın üzvləri, həm də 9-cu siniflərdə buraxılış imtahanı fənlərini tədris edən müəllimlərlə video-iclas keçirib. Hər iki iclasda 9-cu siniflərin buraxılış imtahanının birinci mərhələsinin nəticələri müzakirə edilib. Nəticələrin təhlili həm ötən ilin nəticələri ilə, həm də paralel siniflərlə müqayisəli şəkildə aparılıb. Növbəti mərhələyə hazırlıqla bağlı rəhbərliyin tövsiyələri dinlənilib.