Gigiyena haqqında maarifləndirici söhbət
Məktəbin tibb bacısı Bayramova Vüsalə müxtəlif siniflərdə şagirdlərlə görüşərək dispanserizasiyanın mahiyyəti barədə, həmçinin koronavirus, ondan qorunma yolları, qabaqlayıcı tədbirlərin görülməsi haqqında maarifləndirici söhbət aparıb.Şagirdləri gigiyena və sağlamlığın vacib şərtləri ilə tanış edib. Qoruyucu maskalardan, spirtdən, yaş salfetkadan istifadənin və sabunla əllərin tez-tez yuyulmasının vacibliyindən danışıb. Şagirdləri maraqlandıran suallara cavab verib.