Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri
Fevralın 25-də Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının I müavini, RİH Aparatının şöbə müdirləri, əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət sarayının foyesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbimizin şagirdləri 25-dən 26-na keçən gecə dinc Xocalı sakinlərinin başına gətirilən, insanlığa sığmayan hadisələri əks etdirən “Xocalı harayı” adlı kompozisiya nümayiş etdiriblər.