“Anamın sözləri “ mövzusunda nümunəvi dərs
Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kazımova Məhbubə 7c sinfində ədəbiyyatdan Fikrət Qocanın “Anamın sözləri “ mövzusunda nümunəvi dərs keçirib. Fəal təlim metodlarından istifadə edərək, müxtəlif fənlərə inteqrasiya yaradaraq standartların reallaşdırılmasına və mövzunun mənimsədilməsinə nail olub.
Dərsdə Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin sədri Kəmalə Əliyeva və müxtəlif fənn müəllimləri iştirak ediblər.
Dərs müzakirə olunub və yüksək qiymətləndirilib.