Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii musiqili tədbir
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii musiqili tədbir keçirib. Tədbirdə məktəbin VI-X sinif şagirdləri çıxış ediblər; ana dilinə məhəbbətdən yoğrulmuş şeirlər, mahnılar ifa olunub, dilimizin saflığını qorumağa səsləyən kiçik tamaşalar nümayiş etdirilib. VI sinif şagirdləri Əkbərzadə İsmayılın tarda, Əbdülrəşidov Emilin nağarada solo ifası, Süleymanova Ayanın “Sarı gəlin” rəqsi xüsusi rəğbətlə qarşılanıb.
Kəmalə müəllim ana dilimiz, onun əhəmiyyəti, dövlətimizin dil siyasəti haqqında qısa məlumat verərək vurğulayıb ki , biz də öz növbəmizdə dilimizin saflığını qorumalı, onun incəliklərinə bələd olmalı, ondan düzgün istifadə etməliyik.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Könül Məmmədli tədbir təşkilatçılarına: Kəmalə müəllimə, şagirdlərə və əməyi keçən valideynlərə təşəkkürünü bildirib, hamıya canımız Azərbaycana layiq övladlar olmağı arzulayıb.