“Həmzənin Qıratı qaçırması” qolunun məzmunu üzərində iş” mövzusunda nümunəvi dərs

Məktəbdaxili əmrə əsasən, fevral ayı məktəbimizdə “Azərbaycan dili və ədəbiyyatı aylığı” elan edilib.  Aylıq çərçivəsində nümunəvi dərslərin və müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb. 11.20.2020-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Əliyeva Kəmalə 10a sinfində ədəbiyyat fənnindən  “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun məzmunu üzərində iş” mövzusunda nümunəvi dərs keçirib. İKT və yeni təlim metodlarında istifadə etməklə, Azərbaycan dili, Azərbaycan tarixi, musiqi, təsviri incəsənət, fəndaxili üfüqi və şaquli inteqrasiya yaratmaqla müəllim maraqlı bir dərs qurmağa nail olub. Dərsdə məktəbin direktoru Könül Məmmədli, təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Atakişiyeva və müxtəlif fənn müəllimləri iştirak ediblər. Müzakirə zamanı dərs müasir tələblərə cavab verən, şagird fəallığı ilə seçilən canlı bir dərs kimi qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi