“ 20 Yanvar xalqımızın ümumxalq qürur günüdür” adlı tədbir keçirib
17.01.2020 – ci il tarixdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əzizə Məmmədova VIII və IX sinif şagirdlərinin iştirakı ilə “ 20 Yanvar xalqımızın ümumxalq qürur günüdür” adlı tədbir keçirib. Tədbir iştirakçıları öz çıxışlarında bir daha vurğuladılar ki, qanlı şənbə gecəsində xalqımız öz qəhrəmanlığını bütün dünyaya bəyan edib.
Əzizə Məmmədova çıxışında bildirib ki, vətənin müstəqilliyi uğrunda şəhidlik səadətinə çatmış insanların qəhrəmanlığı, cəsarəti indiki və gələcək nəsillərə bir örnəkdir. Buna görə də onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.