20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə xüsusi dərs
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva rəhbərlik etdiyi 6A sinfində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə xüsusi dərs aparıb. Dövlət himnimizin möhtəşəm sədaları altında başlanan dərsdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qanlı yanvar faciəsinə aparan yol, bu tarixi hadisənin səbəb və nəticələri araşdırılıb, bu qanlı qırğının günahsız qurbanları haqqında məlumat verilib. "Azadlıq ağacı qanla suvarılmadıqca bar verməz!" şüarı altında nümayiş etdirilən kiçik səhnəcik vasitəsilə şagirdlər göstərdilər ki, məhz 20 Yanvar şəhidlərinin qanından cücərdi müstəqilliyimiz və onun simvolu olan üçrəngli bayrağımız...
Kəmalə müəllimə Qanlı yanvar faciəsinin ədəbiyyatımıza təsiri haqqında məlumat verib, şagirdlər şəhidliyin ən uca məqam olduğu tərənnüm edilən şeirlər söyləyiblər və "20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsi" mövzusunda hazırladıqları divar qəzeti və bülletenləri nümayiş etdiriblər.