Həmrəylik Gününə həsr olunmuş intellektual yarışma
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar məktəb direktoru Könül Məmmədlinin təşəbbüsü ilə “Həmrəylik ... Əməkdaşlıq... Dostluq...” devizi altında məktəbdə artıq ənənə halını almış “Breyn-rinq” yarışması keçirilib.
Məktəbin pedaqoji və texniki heyət üzvlərindən ibarət 8 komandanın qoşulduğu bu yarışmada yerlər aşağıdakı kimi bölüşdürülüb:
“Odər” komandası – I yer
“Xəzər” komandası - II yer
“Həmrəylik” komandası - III yer
Qaliblər fəxri fərmanla və Azərbaycan Milli Akademik Dram Teatrında tamaşaya biletlə mükafatlandırılıblar.
Tədbir zamanı şagirdlərin ifa etdiyi mahnılar hamıya xoş ovqat bəxş etdi. Müəllimlərin şagirdlərə qoşularaq mahnı ifa etmələri, “Yallı” getmələri həm müəllim – şagird həmrəyliyini, həm də xalqımızın yenilməz birliyini gözəl şəkildə əks etdirib.