“Çay dəstgahı” mənzum alleqorik dramı şagirdlərin təqdimatında
Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17.01.2019-cu ildə tarixli sərəncamı və sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirinin 15.03.2019-cu il tarixli əmri, BŞTİ-nin 25.04.2019-cu il tarixli əmrinin icrası ilə əlaqədar məktəbdə tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva sinif rəhbəri olduğu 6A sinif şagirdləri ilə ədibin ilk qələm təcrübəsi olan “Çay dəstgahı” mənzum alleqorik dramını səhnələşdirib və tamaşa 20 dekabr tarixində məktəbin akt zalında oynanılıb. Tamaşanın sonunda çıxış edən məktəbin direktoru Könül Məmmədli bu tamaşanı müəllim-şagird-valideyn əməkdaşlığının gözəl bəhrəsi kimi qiymətləndirib, bunun “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı” – deyən böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dəyərli töhfə olduğunu vurğulayıb.Tamaşa gün ərzində 4 seansda göstərilib, gələn həftə daha 2 seansda göstərilməsi planlaşdırılır.