“ Valideynin məktəbdə  bir günü” layihəsi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin  26.11.2019-cu il tarixli, F-448 nömrəli əmrinə əsasən dekabrın 18-də məktəbimizdə  “ Valideynin məktəbdə  bir günü” layihəsi həyata keçirilib. Əvvəlcə məktəbin direktoru  Könül Məmmədli valideynləri salamlayıb. Daha sonra onlara məktəbdə görülən işlər barədə məlumat verilib.Valideynlər bu tədris ilindən məktəbdə yaradılan peşə təmayüllü  X sinfin otaqları ilə  də tanış olublar. Valideynlər bütün məktəblə  tanış olub, dərslərdə iştirak ediblər. Daha sonra məktəbin psixoloqu Samirə Əlişayeva valideynlərlə  məktəbdə  və ailədə  sağlam sosial mühit barədə söhbət aparıb. Şagirdlərimizin hazırladığı  tədbiri izləyən valideynlər xoş  təəssüratlarla  məktəbdən ayrılıblar.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi