“Yer kürəsi” mövzusunda nümunəvi dərs
Məktəbin ibtidai sinif müəllimi Məhərrəmova Cəlalə 2c sinfində həyat bilgisi fənnindən “Yer kürəsi” mövzusunda nümunəvi dərs keçirib. Motivasiya xəyali olaraq kosmosa səyahət üzərində qurulub. Şagirdlər “Yer”, “Okeanlar”, “Dağlar”, “Buzlaqlar”,”Meşələr” adı altında qruplara bölünərək kontur xəritədə müvafiq tapşırıqlara uyğun olaraq işləyiblər. "Bip-bipin" nəğməsi sədaları altında idman dəqiqəsi keçirilib.