“Pullarımız” mövzusunda nümunəvi dərs
11 dekabr 2019-cu il tarixində məktəbimizin ibtidai sinif müəllimi Borayeva Rəna 3ç sinfində “Pullarımız” mövzusunda nümunəvi dərs keçirib. Dərsdə şagirdlər qruplara bölünüb. “Bilik”, “Elm”, “Zəka”, “Dərya” qrupları mövzuya əsasən tapşırıqları yerinə yetiriblər.
Təqdimatdan sonra işlər qiymətləndirilib. Şagirdlərin yorğunluğunun aradan qaldırılması üçün “idman dəqiqəsi” keçirilib. Şagirdlər “Pulun var” mahnısının sədaları altında idman hərəkətləri ediblər.