“Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə inşa müsabiqəsi
07 dekabr tarixində məktəbimizdə “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə inşa müsabiqəsi keçirilib. Məktəbin 7 nəfər X – XI sinif şagirdi müsabiqədə iştirak edərək könüllülük prinsipi əsasında seçdikləri mövzuda inşa yazıblar. İnşalar Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət işçi qrup tərəfindən yoxlanılacaq, qalib məktəbdə yaradılmış komissiya tərəfindən müəyyənləşdiriləcək.