“Pullarımız. Manat” mövzusunda nümunəvi dərs
5 dekabr tarixində ibtidai sinif müəllimi Qənbərova Qızılgül 2 b sinfində riyaziyyat fənnindən “Pullarımız. Manat” mövzusunda nümunəvi dərs keçirib. Dərsin mövzusunun tədqiqat sualı: “Kağız pullar üzərində sayma bacarıqlarını necə nümayiş etdirmək olar?” idi. Tədqiqat sualına cavab vermək üçün dərslikdəki tapşırıqlar yerinə yetirilib. İş qruplarla davam etdirilərək şagirdlər “Manat”, “Lirə”, “Avro”, “Dollar”, “Rubl” qruplarına bölünüblər. Təqdimatdan sonra işlər qiymətləndirilib. Şagirdlərlə yorğunluğun aradan qaldırılması üçün “İdman dəqiqəsi” keçirilib.