“Rənglərin anası” mövzusunda nümunəvi dərs
İbtidai sinif müəllimi Məmmədova Sevda 2ç sinfində Azərbaycan dili fənnindən “Rənglərin anası” mövzusunda nümunəvi dərs keçirib. Dərsdə İKT imkanlarından istifadə edilərək videoçarx nümayiş etdirilib. Qruplarla iş zamanı şagirdlər qrup adlarına uyğun, ”Bayraq”, “İşıqfor”, “Göy qurşağı”, “Güllər” haqqında geniş məlumat veriblər. Yaradıcı və tətbiqetmə mərhələsində verilmiş sözlərin sətirdən sətirə keçmə yazılışını düzgün tapmaqla göy qurşağı rənglədilib. Verilmiş sözlərin yaxın və əks mənaları müəyyən edilib. Müəllim tərəfindən həm fərdi, həm də qrupların qiymətləndirilməsi aparılıb. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edərək dərsi müzakirə edib, öz fikirlərini bildiriblər.