Nailiyyətlərimiz

“Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl şəbəkəsi” və “Məktəbin yaşıl guşəsi” nominasiyasıAzərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi birliyinin təşkil etdiyi “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl şəbəkəsi” müsabiqəsinin ən fəal məktəbi Bakı şəhəri Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəb seçilmişdir. Həmçinin məktəbimiz həmin müsabiqənin 2017-ci il üzrə “Məktəbin yaşıl guşəsi” nominasiyası üzrə də II yerə layiq görülmüşdür. İl ərzində həyata keçirilən layihədə məktəbin biologiya müəllimi Samirə Musayevanın rəhbərliyi ilə yaradılmış şagirdlərdən ibarət məktəblilər birliyi sinif otaqlarında olan elektrik enerjisinə və su sərfiyyatına qənaət etmiş, istifadəsinə ehtiyac olmayan elektrik enerjisinin və suyun israf olunmamasına nəzarət etmişlər. Həmçinin şagirdlər kağız və plastik tullantılarının toplanmasında da böyük işlər görmüşlər. Bir il ərzində əməyi keçən məktəbin biologiya müəllimi Samirə Musayevanı və bütün şagirdləri qazandıqları uğur münasibəti ilə ürəkdən təbrik edirik.

Bilik yarışı  22 dekabr 2017-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Qaradağ rayon komitəsinin təşkil etdiyi “ Gənclərin dünyaya baxışı” adlı bilik yarışmasında Qaradağ rayon Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbin şagirdləridə iştirak etdilər. Yarışda məktəbimizin III(üçüncü) yerin qalibi oldu. Bu münasibətlə şagirdlərimizi təbrik edirik, uğurlarının bol olmasını diləyirik.

“ 9 Noyabr-Dövlət Bayrağı gününə”həsr olunmuş “Mənim üçrəngli bayrağım” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibi.Qaradağ rayon Gənclər və İdman İdarəsi tərərfindən təşkil olunan Qaradağ rayon Gənclər və İdman İdarəsi tərərfindən təşkil olunan “ 9 Noyabr-Dövlət Bayrağı gününə”həsr olunmuş “Mənim üçrəngli bayrağım” mövzusunda keçirilən rəsm müsabiqəsində 9c sinif şagirdi Fətulla Ləman II yerə layiq görüldü.də 9c sinif şagirdi Fətulla Ləman II yerə layiq görüldü.

HAQQIMIZDA

Məktəb 1963-cü ildən birtipli layihə ilə tikilmiş, 960 şagird yerlik binada fəaliyyət göstərir.2008-ci ildə 12 otaqlı 240 şagird yerlik yeni korpus tikilib istifadəyə verilmişdir. Azərbaycanın Milli Qəhrəmanı Cəmil Səmədxan oğlu Niftəliyev...

BİZİM FƏXRLƏRİMİZ

Elza Mikayılova Azər

Ayşən Həsənova Cəmil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi