Nailiyyətlərimiz

"Sabahın alimləri" VIII Respublika müsabiqəsi   Məktəbimizin Xb sinif şagirdləri Xosrovlu Afiəddin və Nəcəfov Səxavət "Sabahın alimləri" VIII Respublika müsabiqəsində mühəndislik nominasiyasında iştirak etmiş və layihələri növbəti tura vəsiqə qazanmışdır. Şagirdlərimizi ürəkdən təbrik edirik.

Karate üzrə Avropa Çempionatı Monteneqro12-14 Aprel tarixlərində məktəbimizin Çağrış qədərki Hərbi rəhbəri Namazov Sədi Rəhim oğlu Sloveniyanın Bar şəhərində Avropa Çempionatı və Avropa Kubokunda iştirak etmişdir. Adı çəkilən yarışda məktəbimizin müəllimi ölkəmizi nümayəndə, hakim, idmançı kimi təmsil etmişdir.Yarışa Avropanın otuz ölkəsi qatılmışdır və həmin yarışda iki mindən çox idamançılar öz güclərin sınamışlar,Namazov Sədi Fərdi yarışda I yer, komanda yarışı üzrə isə III yerə layiq görülmüşdür.Namazov Sədi Rəhim oğlu Azərbaycan Bayrağını yüksəklərə qaldırmış və orada Himnimiz səslənmişdir.Bu səbəbdən məktəb rəhbərliyi adından Sədi müəllimi təbrik edirik və naliyyətlərinin davamlı olmağını arzulayırıq. Qeyd edək ki,Namazov Sədi Rəhim oğlu Respublikanın “Əməkdar məqçisi,” “İdman ustası”, “V dan qara kəmər ustası”,və dəfələrlə Dünya və Avropa beynəlxalq turnirlərin qalibi olmuşdur.

Skripka ifası üzrə müsabiqə02 May tarixində məktəbimizin səkkizinci sinif şagirdləri Gülsüm Xəlilova və Gülər Yəhyayeva Cabbar Qarayağdıoğlu adına 9 saylı UMM-nın təşkil etdiyi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ART olimpiada 2019-cu il skripka ifası üzrə müsabiqədə I yerə layiq görülmüşdülər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərimizin uğurlarının davamlı olmasını arzu edirik.

HAQQIMIZDA

Məktəb 1963-cü ildən birtipli layihə ilə tikilmiş, 960 şagird yerlik binada fəaliyyət göstərir.2008-ci ildə 12 otaqlı 240 şagird yerlik yeni korpus tikilib istifadəyə verilmişdir. Azərbaycanın Milli Qəhrəmanı Cəmil Səmədxan oğlu Niftəliyev...

BİZİM FƏXRLƏRİMİZ

Emin Həmidli Mehman

Əsmər İsgəndərova Elşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi