Növbəti pilləyə uğurla addımlayırıq

Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki, psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmalarında xüsusi əhəmiyyətə malikdir. Məktəbəqədər dövr-koknitiv bacarıqlar, mükəmməl nitq, fiziki, sosial və emosional inkişafla xarakterizə olunan, vətəndaşlıq keyfiyyətlərinin, şəxsiyyətin formalaşmasının ilkin təməlinin qoyulduğu həssas bir dövrdür. Bu dövrdə azad seçim etmə bacarığı, sosial mənşəyindən asılı olmayaraq, başqa insanları anlama və onlara hörmət hissi formalaşır. Kiçik yaşlarda uğurlu inkişaf və təlim üçün yaradılan imkanlar uşağın sonrakı inkişafına zəmin yaradır. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər yaranır, ilkin təfəkkür elementləri  formalaşır, ətraf aləmin predmet və hadisələri, sadə qanunları və qanunauyğunluqları arasında qarşılıqlı əlaqələri müəyyənləşdirmək, əldə edilmiş biliklərin praktik fəaliyyətdə müstəqil tətbiqi bacarığı yaranır. Bu dövrdə uşağın yalnız davranışının ümumi xarakterlərini müəyyən edən psixi keyfiyyət və xüsusiyyətlər deyil, həm də onu  əhatə edən aləmə münasibəti formalaşır. Məktəbəqədər yaş dövründə uşaq idrakın inkişafı baxımından, ilk növbədə sadə danışıq dilinə və rabitəli nitqə yiyələnir, ətrafdaklarla ünsiyyət qurur, öz fikirlərini təqdim etməyi öyrənir. Bu məqsədlə məktəbimizin psixoloqu Heyran Səfərova məktəbəqədər hazırlıq qruplarında uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixoloji cəhətləri haqqında məlumatlar topladı. Uşaqları idraki fəallığa sövq edən və onların təlimə marağını artırmaq məqsədilə müxtəlif psixoloji test və metodikalardan, oyunlardan istifadə etdi. Tədris prosesində şagirdlərin müstəqillik dərəcəsi, tapşırığı yerinə yetirmə bacarıqları, nitq və təfəkkürləri, ətrafdakılarla ünsiyyəti, kiçik matorikanın inkişafı və məntiqi əməliyyatların yerinə yetirilmə səviyyəsi yoxlanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi