Futbol komandamız "Coca cola - Məktəbli Kuboku"nun şəhər mərhələsinin qalibi oldu

30-31 may 2019-cu il tarixində AFFA-nın təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və "Coca-Cola" şirkətinin rəsmi sponsorluğu ilə Bakı şəhəri üzrə "Coca cola - Məktəbli Kuboku"nun şəhər mərhələsi keçirilmişdir. Yarımfinal görüşündə 12 nömrəli tam orta məktəblə 230 nömrəli tam orta məktəbin komandaları qarşılaşıb. Gərgin keçən oyunun əsas vaxtı 5-5 hesabı ilə başa çatıb və penaltilər seriyasında inamlı olan komandamız qələbə qazanıb. Finalda isə Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin komandası 60 nömrəli tam orta məktəbin komandasını 5-1 hesabı ilə məğlub etmişdir. Beləliklə, komandamız Bakı şəhəri üzrə 1-cilik qazanaraq Respublika mərhələsinə vəsiqə qazanmışdır. Komandamızı təbrik edir, Respublika mərhələsində müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi