AXC-nin 100 illiyinə həsr olunmuş "Cümhuriyyət faktları" mövzusunda "Breyn rinq" İntellektual yarışında komandamız 2-cilik qazandı

6 iyun 2018-ci il tarixdə Xəzər rayon Gənclər Evində Xəzər rayon Gənclər və İdman İdarəsi və Xəzər rayon Gənclər Evinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranamasının 100 illiyinə həsr olunmuş "Cümhuriyyət faktları" mövzusunda "Breyn rinq" İntellektual oyunu keçirilmişdir. Yarışda Xəzər rayonunun ən fəal 8 məktəbi mübarizə aparırdı. Məktəbimizin komandası da yarışda iştirak etmişdir. 92 və 120 nömrəli tam orta məktəblər üzərində qələbə qazanan komandamız finala vəsiqə qazandı. Finalda 26 nömrəli tam orta məktəblə qarşılaşan şagirdlərimiz yalnız əlavə sualda məğlub olaraq 2-ci yerə layiq görüldü. Şagirdlərimizi əldə etdikləri bu uğura görə təbrik edir, daha da yüksək nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi