Məktəbə ilk dəfə olaraq şirin su xətti çəkildi

Bu gün məktəbimiz üçün əlamətdar bir gün oldu. Belə ki, son otuz il ərzində məktəbimizdə şirin su olmamışdır. Şagirdlər və məktəbin pedaqoji heyəti şirin suya böyük ehtiyac duyurdu. Bunu nəzərə alan məktəb rəhbərliyi bu sahədə çalışaraq məktəbə iki ədəd səkkiz tonluq su çənləri almış və su xətti çəkmişdir. Beləliklə, bu gün görülən işlərlə yekun vurulmuş və şagirdlər, müəllimlər, valideynlərin iştirakı ilə açılış mərasimi keçirilmişdir. Açılışda çıxış edən müəllimlər bu əlamətdar günün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf etməsi ilə uşaqlara böyük hədiyyə olduğunu vurğulayıblar. Sonda çıxış edən məktəbin direktoru Təhmasib Məmiyev bildirmişdir ki, su həyat mənbəyidir və bu müqəddəs Ramazan ayında məktəbə bu cür tövhə vermək hər bir Azərbaycan vətəndaşı üçün qürurverici bir hissdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi