Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Nuru paşa" sənədli filminin nümayişi keçirilmişdir

Məktəbimizdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsi davam edir. 22.05.2018-ci il tarixdə məktəbimizin tarix müəllimi Qərənfil Əsədovanın təşkilatçılığı ilə "Nuru paşa" sənədli filminin nümayişi keçirilmişdir. Əvvəlcə müəllim tariximizin 23 aylıq şanlı azadlığı barəsində ətraflı məruzə etmiş. Daha sonra Milli şuranın yaradılması,İstiqlaliyyət bəyannaməsinin məzmunu, Bakının işğaldan azad edilməsi və s. barəsində fikir mübadiləsi aparıldı. Sonda şagirdlər sənədli filmə tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi