31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Belə ki, Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə 31 mart soyqırımına həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda müzakirələr təşkil edilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.
Bu gün akt zalında baş tutan tədbirdə 1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən sənədli film nümayiş etdirilib.Tədbirlərdə soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib.
Qeyd olunub ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir. İki əsrdən çox bir müddətdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımların coğrafiyasının geniş olduğu, təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı bir daha şagirdlərin diqqətinə çatdırılıb. Tədbirin sonunda mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi