Şagirdlərimiz məktəbin həyətyanı sahəsində abadlıq işləri apardılar

   Bu gün "Yel çərşənbəsidir". Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq ve isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir. Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. Bu çərşənbə yazın daha da yaxınlaşmasının xəbər verir.

   Bu münasibətlə bu gün məktəbimizin şagirdləri yazın gəlişini məktəbdə və məktəbyanı sahədə təmizlik işləri aparmaqla qeyd etdilər.

   Onlar həmçinin Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Ekoloji yönümlü və enerji effektli məktəblərin” “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramına qoşularaq kağız və plastik əşyalar toplamışlar. Daha sonra onlar ağac əkərək "Hərəyə bir ağac əkək!" şüarı ilə şagirdləri onlara qoşulmağa çağırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi