Fizika fənnindən “Kütlə və onun ölçülməsi” mövzusunda “Açıq dərs” keçirilmişdir

   Məktəbin fəaliyyət planına uyğun olaraq fevral ayı “Fizika aylığı” elan olunmuşdur. Belə ki, bütün siniflərdə fizikaya aid divar qəzetləri və referatlar hazırlanmışdır.         Aylığın davamı olaraq bu gün Fizika müəllimimiz Elnarə Ramazanova “Kütlə və onun ölçülməsi” mövzusunda 6a sinfində “Açıq dərs” keçmişdir.
   Dərsin məqsədi şagirdlərə tərəzi və ondan istifadə qaydaları, kütlə vahidləri arasında əlaqə yaratmaq idi. Dərs interaktiv təlim metodlarına uyğun olaraq dövlət standartları əsasında keçilmişdir. Sinif “kiloqram”, “Qram”, “Ton”, “Milliqram” olmaqla 4 qrupa bölünmüşdü. Dərsdə beyin həmləsi, qrup işi, laboratoriya işi təlim metodlarından istifadə olundu.

   Sonda dərs rəhbərlik tərəfindən müzakirə olundu və yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi