Pedaqoji Şuranın növbəti iclası keçirildi

   31 yanvar 2018-ci il tarixində 230 №-li tam orta məktəbin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasın gündəliyində duran məsələlər:
1. I-XI siniflərdə davamiyyət
2. Sinif jurnallarının aparılması
3. IX siniflərin buraxılış imtahanlarına hazırlıq vəziyyəti
4. I yarımilin nəticələri və II yarımildə qarşıda duran vəzifələr
   İclası məktəbin direktoru Təhmasib Məmiyev açaraq pedaqoji kollektivi II yarımilin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən, 2017-2018-ci ilin "Təhsildə keyfiyyət ili" elan olunmasından , dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni-yeni müvəffəqiyyətlər arzuladı.
   Sonra I yarımilin yekunlarının təqdimatını etmək üçün söz təlim-tərbiyə işlər üzrə direktor müavini Tural Hətəmova verildi. O, çıxışında ayrı-ayrı siniflər üzrə müvəffəqiyyət faizlərinin diaqramlar üzrə analizini apardı. Davamiyyət haqqında danışıldı və davamiyyətin yüksəldilməsi üçün nəticələri aşağı olan müəllimlərə tapşırıqlar verildi. Daha sonra ibtidai siniflərin təlim-tərbiyə işlər üzrə direktor müavini Gülnar Şirinovaya söz verildi. O da nitqində ibtidai siniflər üzrə yarımilin yekunlarının diaqramlar üzrə müqayisəsini apardı. 
   Sonda yarımildə fəallığı ilə seçilən, olimpiadada yaxşı nəticə göstərən, məktəbi məktəbdənkənar tədbirlərdə layiqincə təmsil edən müəllimlər məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələrlə mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi