Yuxarı sinif şagirdləri ilə " Vətənin müdafiəsinə hazıram" mövzusunda söhbət aparılmışdır

   Bu gün məktəbimizin Hərbi rəhbəri Alim Mirxasov məktəbin yuxarı sinif şagirdləri ilə " Vətənin müdafiəsinə hazıram" mövzusunda Milli qəhramanların fotoşəkilləri həkk olunmuş lövhənin qarşısında söhbət aparmışdır. Alim Mirxasov qeyd etmişdir ki, Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad və müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz. 
   Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. 
   Bu gün milli qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Onu da qeyd edək ki, şəhidlərimiz qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi