"Şuşa qalası" mövzusunda "Açıq dərs" keçirilmişdir

     Bu gün yanvar ayının "Tarix aylığı" elan olunması ilə əlaqədar olaraq məktəbin 6b sinfində "Şuşa qalası" mövzusunda tarix muəllimi Qərənfil Əsədovanın yeni təlim metodları və elektron informasiya qurğularının birgə istifadəsi ilə təşkil olunmuş "Açıq dərsi" baş tutmuşdur. Dərsdə şagirdlər qısa motivasiya xarakterli məlumatla tanış olaraq, "Qarabağ xanlığının yaranması və inkişafinın əsas istiqamətləri hansılardır?" tədqiqat sualını tapşırıqlar əsasında cavablandırmışlar.

     Sinif "Qarabağ" , "Şuşa" , "Bayat" və "Şahbulağı" qruplarına bölünmüşdür. "Qarabağ" və "Şuşa" qrupları mövzu ətrafında yaradıcı esse təqdim etmişlər. "Bayat" və "Şahbulağı" qrupları isə Şuşa qalası və Şuşanın təbiəti mövzusunda rəsm çəkmişlər. Maraqlı keçən dərs, dərsi dinləyən müəllimlər tərəfindən yüksək qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi