"Biliyin həcmi deyil, keyfiyyəti əhəmiyyətlidir" adlı "Bilik yarışı" keçirilmişdir

   27 dekabr 2017-ci il tarixində 31 Dekabr Həmrəylik Gününə həsr olunmuş məktəbimizin Riyaziyyat, İnformatika, Fizika fənləri metodbirləşməsinin hazırladığı "Biliyin həcmi deyil, keyfiyyəti əhəmiyyətlidir" adlı "Bilik yarışı" keçirilmişdir. Yarışda 4 komanda iştirak edirdi. Komandalar rus bölməsi və Azərbaycan bölməsindən ibarət idi. Komandalar "Fəza", "Triqonametriya", "Loqarifma" və "Silsilə" adlandırılmışdır. Yarışma 2 turdan ibarət idi- seçim turu və final. Gərgin mübarizə şəraitində keçən seçim turundan iki komanda 29 balla "Fəza" və 20 balla "Triqonametriya" komandası finala vəsiqə qazandı. Final turu 3 hissədən ibarət oldu- "Krassvord", "Rəssamlar" və "Sehrli söz". Final turu da maraqlı mübarizə şəraitində keçdi.

   Sonda qalib komanda ümumilikdə 39 balla "Fəza" komandası oldu. Tədbirin yekununda yarışda iştirak edən komandalar diplom və hədiyyələrlə mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi