Uşaqların hüquqlarını qorumağa dair tədbirimiz

Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989 il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. Bu Konvensiyaya 189 ölkə qoşulmuşdur. Azərbaycan Respublikası Konvensiyanı 1992 ildə ratifikasiya etmişdir.Konvensiyanın məzmunu, onun əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraitə çağırır. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər. Bu əlamətdar gün münasibətilə məktəbimizdə tədbir keçirilmişdir. Müəllimimiz Bahar Cabarovanın təşkilatçılığı ilə keçən tədbirdə şagirdlərimiz öz bacarıqlarını nümayiş etdirdilər.Onlar şeir, musiqi parçaları, rəngarəng rəqsləri ilə tədbirə rəng qatdılar
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi