“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi.

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi.

Məktəbimizin 7-ci sinif şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilən layihəyə qoşularaq 306 işlənmiş batareya təhvil verdilər.

Layihə çərçivəsində ETSN-in mütəxəssisləri ilə görüş keçirildi. Görüş zamanı şagirdlərə layihənin əhəmiyyəti, işlənmiş və ya istifadəyə yararsız batareyaları digər tullantılardan ayırmağın vacibliyi haqqında məlumatlar verilib, batareyların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri mövzusunda fikir mübadiləsi aparılıb.

Eyni zamanda, ekokönüllülər tərəfindən şagirdlərə ətraf mühitin mühafizəsi ilə bağlı kitablar hədiyyə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi