Şagirdlərimizin uğurları!

2 fevral 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Rauf Əliyev, Jalə Əhmədova, Namiq Əhmədov, Qurban Qurbanov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan danışaraq, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıblar.

Tədbirdə iştirak edən məktəbimizin IX B sinif şagirdi Cəfərquliyev Elvin Zamin oğlu Xəzər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən idman sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi