Şagirdlərimizin uğurları!

Xəzər rayonunda 2021-2022-ci tədris ilində yüksək nəticələr əldə edərək 600-dən yüksək bal toplamış, ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla Rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşü keçirilmişdir.

Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov iştirak etmişdir.

Məktəbimizin 600-dən yüksək bal toplayaraq tələbə adı qazanmış məzunları - Əhmədova Aysun Bəhrəm qızı [635 bal] və Lətifova Gözəl Asəf qızı [611 bal] iştirak ediblər.

Sonda Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən tələbə adını qazanmış gənclərə hədiyyə və diplomlar təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi