"Ölümsüzlər" kitabının təqdimatı.

19 aprel 2022-ci il tarixində məktəbimizdə məktəbimizin məzunu, II Qarabağ müharibəsinin şəhidi Kazımov Əmir İlham oğlu haqqında yazılan "Ölümsüzlər" adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə Şəhidin ailə üzvləri, Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdiri T. Haşımov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, tarix elmləri doktoru T. Səlimov, kitabın müəllifi E. Barat,kitabın ərsəyə gəlməsində maliyyə dəstəyi olan S. Cəfərov, bloq yazarı E. Lənbəranski, şəhidin döyüş və sinif yoldaşları iştirak etdi.

Tədbir müəllimlərdən T. Əmirova, A. Orucova, S. Səfərova, Q. Fərzəliyeva, L. Məlikova, Ə. Quliyeva, K. Allahverənova, E. Bayramova və S. Mehtiyevin birgə əməkdaşlığı ilə təşkil edildi.

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi