Şəhidlər unudulmur, unudulmayacaq!

Doğum günün mübarək, Şəhidim!

1 aprel 2022-ci il tarixində məktəbimizin IX A sinif şagirdləri sinif rəhbərləri İ. Abbasovanın rəhbərliyi ilə siniflərinin adını daşıyan Vətən müharibəsində şəhid olmuş şəhidimiz Sənan Hüseynovun evlərini və məzarını ziyarət ediblər.

Ziyarətdə şəhidimizin keçdiyi mənalı həyat yolu, müharibədəki qəhrəmanlıqları barəsində şagirdlərə məlumat verilmişdir. Həmçinin bildirilmişdir ki, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daim uca tutmalıyıq.

Qeyd edək ki, 1 aprel tarixi şəhidimiz Sənan Hüseynovun doğum günüdür.

Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi