Sağlam gənclik, sağlam gələcək!

Məktəbimizin 5-ci sinif 2010 - 2011-ci il təvəllüdlü oğlan və 5-ci sinif 2010-2011-ci il təvəllüdlü qızlardan ibarət basketbol komandası 18 mart 2022-ci il tarixində Xəzər rayonu 124 nömrəli tam orta məktəbdə keçirilən "Ümumtəhsil məktəblərinin şagirdləri arasında basketbol üzrə Respublika birinciliyi"nin II mərhələsində (rayon daxili yarışlarda) uğurla iştirak etdi.

Məktəbimizi təmsil edən hər iki komanda yarışda uğurlu nəticə əldə edərək, II yeri tutdular.

Qazandığımız bu nəticəyə görə məktəbimizin fiziki tərbiyə müəllimləri E. Bədəlovu və Ö. Usubovu təbrik edirik, şagirdlərimizə III mərhələ Zona yarışında daha böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi