"Beynəlxalq Ana dili Günü"

21 fevral 2022-ci il tarixində məktəbimizdə "Beynəlxalq Ana dili Günü" münasibəti ilə silsilə tədbirlər keçirilmiş, şagirdlərə bu günün önəmi aşılanmışdır.

Məktəbimizin akt zalında "Özümüz və Sözümüz!" adlı tədbir keçirilmişdir. Tədbirin məqsədi dilimizdəki parazid sözlərdən əl çəkmək və milli sözlərdən istifadəyə üstünlük verməyi ön plana çəkməkdən ibarət idi.

Sinif otaqlarında isə şagirdlər günün önəmini əks etdirən şeirlər səsləndirmiş, dilimizə olan sevgilərini şeirlər vasitəsilə çatdırmışdılar.

Prezidentimiz İlham Əliyev "Əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Azərbaycan dilinin saflığını biz təmin etməliyik!" nitqi də şagirdlərə çatdırılmış, dilimizə göstərilən xüsusi diqqətdən ayrıca söhbət açılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi