Şəhid polkovnik-leytenant Ramiz Qasımovun doğum günü

Məktəbimizin müəllimi Ağayeva Safura sinif rəhbəri olduğu 5 D sinif şagirdləri ilə birlikdə bu gün şəhid polkovnik-leytenant Ramiz Qasımovun doğum günü münasibəti ilə 2-ci fəxri xiyabanda şəhidin məzarını ziyarət etdilər.

Qeyd edək ki, Vətən müharibəsində göstərdiyi şücaət və fədakarlığı ilə tarixə düşən qəhrəmanlarımızdan biri də Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, hərbi pilot Ramiz Qasımovdur. O, Suqovuşan və Talış ətrafındakı ərazilərin azadlığı uğrunda döyüşlər zamanı düşmənin hərbi hədəflərini məhv edib. “Dəmir qanadlı” ləqəbini daşıyan pilot sentyabrın 27-də döyüş əməliyyatını icra edib geri qayıdarkən, Tərtər rayonu istiqamətində onun və digər 2 nəfər heyət üzvünün olduğu Mi-8 helikopteri vurulub. R. Qasımov 25 gün koma vəziyyətində qalıb və oktyabrın 22-də şəhid olub. Ölümündən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi