Gənclər bizim bu günümüz, sabahımız, ümidimiz, gələcəyimizdir!

Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsi və Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Şüvəlan Mədəniyyət Evində "2 Fevral - Gənclər günü" ilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev gəncləri salamlamış və onları təbrik etmişdir. Daha sonra Həzəlxan Əbilov da çıxış edərək öz təbriklərini gənclərə çatdırmışdır.

Tədbirin sonunda kollektivimizin gənc üzvlərindən Məmmədov Nazim və Qəribov Elnur Xəzər Rayon Gənclər və İdman İdarəsi və ATİAHİ Xəzər Rayon Komitəsi tərəfindən üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdikləri üçün "2 Fevral - Gənclər günü" münasibəti ilə "Diplom" və hədiyyə ilə təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi