Şəhidlər unudulmur, unudulmayacaq!

1991-ci ilin 18 oktyabrında 71 ildən sonra yenidən bərpa edilən müstəqil Azərbaycan ona qədər keşməkeşli, qanlı-qadalı uzun bir yol keçmişdi.Bu yolun sonunda isə böyük bir insanlıq faciəsi yaşanmışdı. 1990-cı ilin 20 yanvarında XI Qızıl Ordu ona inanan böyük bir xalqın əzmini qırmağa çalışdı. Fəqət heç nə gözlənilən kimi olmamışdı. Qanlı Yanvar faciəsində canını tankların qarşısına sipər edən Vətən övladları- 20 Yanvar şəhidləri 1991-ci ildə yenidən qurulan dövlətçiliyimizin yeni gücü, yeni inamı olmuş, şəhidlik zirvəsinə ucalaraq yeni bir tarix yazmışdılar.

Məktəbimizin həmin qəhrəman oğullarımızdan birinin-Fuad Fərhadoğlunun adını daşıması da bizim üçün qürurverici və məsuliyyətli bir duyğudur. Buna görə də məktəbimizin müəllimləri hər zaman şagirdlərinin qəlbində şəhidlərimizin əziz xatirəsini uca saxlamağa çalışıblar. Məktəbimizin sinif müəllimi Tağıyeva Günay müəllimə özünün I B sinfi ilə birgə Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət etmiş, məktəbimizin də adını daşığıdığı Fuad Fərhadoğlunun , eləcə də digər şəhidlərimizin məzarları üstünə tər qərənfillər düzmüşlər. Şagirdlərimizə və müəllimizə öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi