Şəhidlər unudulmur, unudulmayacaq!

Hər il ümumtəhsil məktəblərində Yanvar hadisələrini özündə əks etdirən tədbirlər həyata keçirilir. Məktəbimizin "Unudulmaz Şənbə!" adlı tədbiri də 20 Yanvarın 32-ci anım dövrünə həsr olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirə giriş sözü ilə məktəbimizin direktoru T. Yaqubova açdı. O, öz çıxışında 20 Yanvar faciəsində baş vermiş hadisələrdən bəhs etdi və şəhidlərimizə Allahdan rəhmət dilədi.

Məktəbimizin şagirdləri anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə öz çıxışlarını təqdim etdilər.

Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi