Şahmat üzrə onlayn Qran-pri turniri

19-26 aprel tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında onlayn Qran-pri turniri keçirildi. Turnirdə 2003-cü il təvəllüdlü və daha kiçikyaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəblərinin və klublarının şahmatçıları iştirak edə bilərdilər. Qeyd edək ki, onlayn formatda yarış koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilmişdi. Məktəbimizi bu yarışda X C sinif şagirdi Atakişiyev Elmar təmsil etmiş və II yer qazanmışdır. Onu da qeyd edək ki, Elmar bir çox beynəlxalq yarışlarda iştirak etmiş, FİDE Master dərəcəsinə sahiblənmişdir.Şagirdimizi təbrik edir, ona daha böyük yarışlarda iştirak və qələbələr arzulayırıq. @elmaratakishiyev

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi